07 iyun 2020
Böyük ölçülü şinlərin istifadəsi
Böyük ölçülü şinlər köhnə avtomobillərdə sadəcə hərəkət hissəsinə, bir də mühərik dövrünə təsir edirdisə, müasir avtomobillərdə bu avtomobilin bütün hissələrinə təsir edir.
Bir çox sürücü avtomobillərində təkərləri daha böyük ölçülü ilə əvəz etmək istəyirlər .Adətən avtomobilin texniki kitabçasında icazə verilən ölçülər yazılır. Bundan kənara çıxmaq köhnə avtomobillərdə sadəcə hərəkət hissəsini sıradan çıxardırdı. Müasir avtomobillərdə isə qəza şəraiti də yaradır. Çünki avtomobilin idarə etməsi müasir avtomobillərdə elektronlaşdırılmışdır.
Demək olar ki, bütün sistemlər mühərrikin dövrünə və təkərlərin dövrünə bağlıdır. Dövrləri sensorlar sayır. Bir çox rəqəmlər öncədən dəqiqləşdirilmiş şəkildə sistemə yazılır. Məsələn, mühərikkin dövrü bu qədər olarsa təkər bu sürətlə dövr edəcək və s. Lakin, təkər böyük olanda bu rəqəmlər üst üstə düsmür və ECU (Electronic Control Unit) elektronik beyin artıq idarə etməni qəza şəraitinə çevirir.
Beləliklə bir sıra sensor ve elektronik bloklar xarab olur. Mühərrik sönür, sürət qutusu keçmir bəzən də avtomobil yoldan çıxır.
Bunlar hamısı təhlükəlidir. Bu səbəbdən təkəri sadəcə icazə verilən ölçüdə istifadə etmək lazımdır.
Azərbaycanda Avtomobil Sığortası 2026: İcbari və Kasko Arasında Fərq Nədir?
Azərbaycanda Avtomobil Sığortası: İcbari və Kasko Arasındaki Fərqi Bilirsinizmi? Sürücülərin əksəriyyəti icbari sığortayı sadəcə "qanun tələb edir" d...
16 iyun 2026
ƏtraflıLi Auto L7 2024-2026 Azərbaycanda: EREV Sistemi, Real Yürüş və Gizli Risklər
🚙 Li Auto L7 hansı avtomobildir? Li Auto L7 ilk baxışda böyük, komfortlu və texnologiya ilə zəngin elektrik SUV təsiri bağışlayır. Ancaq onu adi elek...
12 iyun 2026
ƏtraflıToyota Corolla Cross Hybrid 2025-2026: Bakı üçün sərfəli seçimdir?
Azərbaycanda hibrid avtomobillərə maraq artıq sadəcə trend deyil, real ehtiyacdır. Artan yanacaq xərcləri, şəhər şəraitində praktik istifadə imkanları...