Tez-Tez Verilən Suallar

TVS bölməsində AutoReport haqda ümumi məlumatlar, Ağıllı İstifadə Metodikaları və Tarixçə hesabatının faydaları üzrə cavablar tapacaqsınız. Xoş Oxumalar!

AutoReport avtomobillərin alıcı və satıcıları üçün maddi riskləri minimuma endirmə məqsədi ilə əsaslı avtomobil Texniki Xidmət Hesabatı xidməti təqdim platformadır.

Özünüzü avtomobil alışı zamanı gözləmədiyiniz xərclərdən, satışı zamanı isə dəyərsiz və ucuz satışdan qoruya bilərsiniz.

Avtomobilinizi satacağınız təqdirdə yeni sahibinə edilmiş qulluğu əsaslandıra, şifahi bildirdiyiniz məlumatların həqiqətliyinə və ən əsası baxımsız maşınlar ucbatından endirilmiş qiymətdən daha baha sata bilmə üstünlüyü əldə edəcəksiniz.

Autoreport-a qoşulmaq üçün qeydiyyat email vasitəsi ilə qeydiyyatdan keçərək qoşula bilərsiniz.

SMS təsdiq edilmədən platformamızda məlumat daxil etmə xaric bütün funksiyalardan istifadə edə bilirsiniz.

İstifadəçimiz rolunda olan bütün tərəflərin maraqlarını nəzərə alaraq daxil edilən məlumatların daha əsaslı və güvənilir olması üçün SMS təsdiq sistemi məlumatların daxil edilməsi mərhələsində zəruridir.

Şifrənizi unutmusunuzsa Şifrənizi Sıfırlamaq kifayətdir. E-mailinizə yeni şifrə ilə əlaqədar məlumatlar daxil ediləcəkdir. Sıfırlama prosesində xəta baş verərsə [email protected] emailinə məlumat göndərə bilərsiniz.

Şifrənizi "Mənim Hesabım" butonunu klikləyib müvafiq bölmədən dəyişə bilərsiniz.

E-poçt adresinizi dəyişmək üçün [email protected]  emailinə sorğunuzu yaza bilərsiniz.

Servis və ustalar haqqında məlumatı "AvtoServis Mərkəzləri" bölməsindən əldə edə bilərsiniz.

Sistemdə qeydiyyatdan keçib Mobil nömrənizi SMS vasitəsi ilə təsdiqlətdikdən sonra "Yeni avtomobil əlavə et" butonuna klikləməyiniz kifayətdir.

Məlumatlarını dəyişmək istədiyiniz avtomobilin sağ tərəfində yerləşən bölmədən "Redaktə et" yazısını klikləməklə baza məlumatları xaric (Marka, Model, İstehsal ili və Mühərrik həcmi istisna olaraq) bütün opsiyaları dəyişə bilərsiniz. Avtomobilin baza məlumatlarını dəyişmək üçün [email protected] ünvanına sorğunuzu göndərməyiniz vacibdir.

Avtomobil tarixçəsi haqqında hesabatı VİN (Şassi nömrəsi) nömrəsini müvafiq xanaya daxil edərək "Axtar" butonunu klikləməklə əldə edə bilərsiniz.

"Mənim Hesabım" pəncərəsində yerləşən "Jeton əlavə et" butonunu klikləməklə Jeton balansınızı artıra bilərsiniz.

Əldə etdiyiniz Jetonlarla veb səhifəsi daxilində təqdim edilən xidmətlərdən faydana bilərsiniz.

Əldə etdiyiniz Jeton-un etbarlılıq müddəti yoxdur və istifadə etmədiyiniz təqdirdə Jeton miqdarı dəyişməz olaraq qalacaqdır.

Əldə edilmiş Jeton Azərbaycan Respublikasının qanunlarına əsasən qaytarıla bilər. Bu haqda daha ətraflı məlumatı  İstifadə Qaydaları  bölməsindən əldə edə bilərsiniz.

Avtomobil tarixçə hesabatını iki ödəmə forması ilə əldə edə bilirsiniz: Jeton Bank kartı ilə birbaşa.

-

1 - Avtomobil tarixçə hesabatını Jeton ilə alım zamanı əməliyyat aparılmış Autoreport hesabınızdan 14 gün ərzində Autoreport hesabına daxil olaraq VİN nömrəsi ilə arzuladığınız qədər ödənişsiz sorğulaya bilirsiniz.

-

2 - Avtomobil tarixçə hesabatını Bank kartı ilə birbaşa alım zamanı əməliyyat aparılmış avadanlıqdan 14 gün ərzində Autoreport hesabına daxil olmadan VİN nömrəsi ilə arzuladığınız qədər ödənişsiz sorğulaya bilirsiniz.