25 noyabr 2024

Azərbaycanda Avtomobillərin İcbari Sığortası və Kasko Sığortası (Noyabr 2024)

Avtomobil sığortası nədir və hansı növləri var?

Avtomobil sığortası, hər hansı bir qəza, təbii fəlakət və ya digər gözlənilməz hallarda avtomobil sahibinin maliyyə itkilərini qarşılamaq üçün nəzərdə tutulmuş sığorta növüdür. İki əsas növü var:

  • İcbari sığorta: Azərbaycanda hər bir avtomobil üçün məcburi olan bu sığorta növü, üçüncü şəxslərə dəyən ziyanı qarşılamaq məqsədi daşıyır.
  • Kasko sığorta: İcbari sığortadan fərqli olaraq könüllü bir sığorta növüdür və avtomobil sahibinə daha geniş müdafiə təmin edir.

Kasko Sığorta Nədir? Üstünlükləri Nələrdir?

  • Kasko sığorta, avtonəqliyyat hadisələri, atılmış və ya düşmüş əşya, üçüncü şəxslərin qanunazidd hərəkətləri, oğurluq, quldurluq, qaçırma, soyğunçuluq, təbii fəlakət və heyvanların hərəkəti nəticəsində avtomobilimizə dəyən zərərləri ödəyir.
  • Ölkəmizdə əsasənburaxılış ili 2005-ci ildən yuxarı olan avtomobillər Kaskoya qəbul edilir. Bəzi marka və modellərdə bu ildən aşağı və yaxud yuxarı ola bilər. Avtomobilin yaşı 5 ildən çox deyilsə Rəsmi servis təminatı verilə bilər. Bu halda təmir və qiymətləndirmə Rəsmi servisdə həyata keçirilir.
  • Kasko sığorta qiymətləri hesablanarkən, sürücünün yaşı və sürücülük təcrübəsi,  avtomobilin markası, modeli, mühərrik həcmi, bazar dəyəri və s. nəzərə alınır. Əsasən qiymət, avtomobilin bazar dəyərinin 2.5 – 3.5 % -i aralığında dəyişir.
  • Avtomobilə dəyən zərərin ödənilməsi, müştərinin istəyinə əsasən, zərər çəkən avtomobilin təmir bərpası yaxud da müştərinin bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi, etibarnaməsiz idarə etməsi, avtomobilə qəsdən zərər vurması, hadisə yerini əsassız tərk etməsi və s. hallar ödənişdən imtinaya səbəb olan hallardır.
  • Kasko sığorta etdirən zamansiz, həm avtomobilinizin tam dəyərində Tam Kasko, həm də 5000 və 10.000 azn dəyərində Kasko Paketləri əldə edə bilərsiniz. Tam Kasko əldə etdikdə avtomobilinizə dəyən zərərlər tam qarşılanır. Hətta avtomobil tamamilə sıradan çıxarsa belə dəyəri sizə ödənilir. Əgər 5000 azn dəyərində Kasko Paketi əldə etsəniz, bu halda avtomobilinizə dəyən zərərin 5000 azn-ə qədər olan hissəsi sizə ödənilir, zərər çox olarsa bu halda sığorta şirkəti 5000 azn dən çox olan zərərə görə məsuliyyət daşımır.

İcbari Sığorta Nədir? (Noyabr-2024)

İnsanlar arasında İcbari Avto sığorta kimi tanınan, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
İcbari sığorta üzrə fəaliyyət “İcbari sığorta növləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Sığorta şirkətləri yalnız müvafiq lisenziya aldıqdan sonra bu fəaliyyət növü ilə məşğul ola bilərlər.

Mühərrikinin silindrinin həcmi 50 sm3-dən artıq olan aşağıdakı avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir:

-Minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

-Yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

-Mikroavtobuslar, avtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

-Motosiklеtlər və motorollerlər;

-Traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri;

-Trollеybuslar və tramvaylar.

Bu sığorta növündə bir hadisə üzrə təminat məbləği 55.000 azn nəzərdə tutulur (Noyabr-2024 cü il).  Bunun 5000 azn-i əmlaka dəyən zərərləri qarşılamaq üçün, qalan 50.000 azn isə (1 nəfərə maksimum 5000 azn olmaqla) həyat və sağlamlığa vurulan zərərlərin qarşılanması üçün istifadə dilə bilər. Hadisə zamanı təminat məbləği azalmır, sığorta müqaviləsi bitənə kimi hər hadisə üzrə 55.000 an təminat qüvvədə qalır.

Bonus-Malus sistemi - əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat
vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsallar tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir. Sadə dillə desək qəzasız keçən hər il sizə bonuslar verir ki bu da illik sığorta haqqınızın azalmasına səbəb olur. Bu endirim 40% a qədər ola bilir. Əks halda isə sığorta haqqınıza əlavələr tətbiq olunur. Sığorta haqqı bütün sığorta şirkətlərində eynidir. 

Yekun
Hər iki sığorta növü nəqliyyat vasitəsi sahiblərinin fərqli ehtiyaclarını qarşılayır. İcbari sığorta qanunla məcburidir və üçüncü şəxslərə dəymiş zərəri ödəyir, kasko isə avtomobilin tam qorunmasını təmin edir. Azərbaycanda hər iki növ üzrə rəqabətli bazar mövcuddur və sürücülər geniş seçim imkanına malikdir. Qeyd edək ki, yuxarıda qeyd olunan sığorta qiymətləri dəyişə bilir. Sığorta şərtləri və qiymətləri ilə bağlı dəqiq məlumat üçün sığorta şirkətləri ilə əlaqə saxlamağınız tövsiyə olunur.

Klass Brake System - Əyləc bəndləri

Azərbaycanda Əyləc Bəndlərinin Pioneri: Klass Brake System Azərbaycanda avtomobil sənayesinin inkişafı ilə yanaşı, keyfiyyətli və etibarlı məhsulları...

05 dekabr 2024

Ətraflı

Az Filter - Filter Məhsulları İstehsalçısı

Az Filter: 4 Ölkənin Lider Şirkətləri ilə TərəfdaşlıqdaAz Filter, avtomobil və sənaye filtrləri istehsalında yüksək standartları ilə tanınır. Şirkətim...

04 dekabr 2024

Ətraflı

Avtomobil Texniki Baxışı

Azərbaycanda avtomobillərin texniki baxışı ilə bağlı əsas məlumatlar aşağıdakı kimidir: (2024 cü ilə qədər) TƏSDİQ EDİLMİŞDİRAzərbaycan Respublikası...

29 noyabr 2024

Ətraflı