30 may 2022

Avtomobillər Haqqında Maraqlı Faktlar

  Avtomobillərin tarixi 19-cu əsrdə enerji mənbəsi olaraq buxarın istifadə edilməsi ilə başlayır və daxili yanma mühərriklərində neftin istifadə edilməsi ilə davam edir. Hal-hazırda alternatif enerji mənbələri ilə işləyən avtomobillərin istehsal edilməsi mövzusunda çalışmalar sürətlə davam edir. Əvvəllər sürücünü "Şofer" adlandırmışlar. Bu söz fransız sözüdür və "ocaqçı" mənasını verir.

 Avtomobil latın və yunan sözlərindən ibarət olub, özü yeriyən deməkdir. Avtomobil barədə ilk fikir XV əsrdə yaşamış Leonardo da Vinçi və XVII yüzilliyin dahisi İsaak Nyuton tərəfindən irəli sürülmüşdür.
 İki böyük alimin bu sahədə davamçısı sayılan fransız Nikolas Cozef 1769-cuildə buxarla işləyən ilk avtomobil icad etmişdir Bu icaddan bəhrələnən Amadey Bolle 1875-ci ildə həmin sistemlə işləyən avtomobil ilə Parislə Le-Manş arasındakı məsafəni 18 saata qət etdi. Bu texnika aləmində böyük sensasiya olmaqla dünya alimlərinin diqqətini avtomobil sənayesinə yönəltdi. Hələ 1859-ci ildə fransalı mühəndis Etyen Le Nor avtomobillər üçün nəzərdə tutulmuş yeni tipli mühərrik hazırlamışdı və bu hadisədən sonra, onun alman həmkarı Klerk Nikolas həmin mühərriki təkmilləşdirərək (1876), prinsipcə onu bu günkü formaya saldı.

 1886-cı ildə alman mühəndisi Daymlerin böyük zəhməti bahasına ilk daxiliyanma mühərrikli avtomobil icad ediləndən sonra, bu işdə böyük perespektivlər görən alman milyoneri Eminel qızı Mersedesin şərəfinə yeni "özü yeriyən" sifariş verdi. İlk «Mersedes»-in sürəti 13 km/s-dan artıq deyildi. Az sonra həmin firmanın dahilərindən biri olan Benssin sayəsində (1909) həmin sürət 102 km/s-a çatdı.
 Getdikcə aristokratlıq rəmzinə çevrilən "özü yeriyənlərə" 1887-ci ildə türk sultanı Əbdül Həmidin sifarişi ilə akkumulyator, 1895-ci ildə Mişel qardaşları tərəfindən hava doldurulmuş rezin təkər və 1923-cü ildə hidravlik tormoz sistemi tətbiq edildi.

 1907ci ildə 250.000 avtomobil var idi, 1914-cü ildə Ford Model T-nin istehsal olunması ilə avtomobil sayı 500.000-ə çatmış, İkinci Dünya Müharibəsindən biraz əvvəl bu say 50 milyonun üzərinə çıxmışdır. Müharibədən sonra keçən otuz il ərzində avtomobil sayı altı qatına çıxmış və 1975-ci ildə 300 milyona çatmışdır. İllik avtomobil istehsalı 2007-ci ildə 70 milyonu keçmişdir. İllər ərzində bu say artmağa davam edir. Avtomobillər artdıqca onların qorunması və düzgün qulluq olunması üçün yeni sistemlər, proqramlar qurulur.

 Avtomobilinizin daha güvənli sistemdə olması üçün Autoreport.az sizə öz Xidmətlərini Təklif edir. Avtomobilinizin Elektron Servis Kitabçasını yaratmaqla bu Güvənilir Sistemə ilk addımı atmış olacaqsınız.

 

 

Avtomobil Texniki Baxışı

Azərbaycanda avtomobillərin texniki baxışı ilə bağlı əsas məlumatlar aşağıdakı kimidir: (2024 cü ilə qədər) TƏSDİQ EDİLMİŞDİRAzərbaycan Respublikası...

29 noyabr 2024

Ətraflı

Azərbaycanda Avtomobillərin İcbari Sığortası və Kasko Sığortası (Noyabr 2024)

Avtomobil sığortası nədir və hansı növləri var? Avtomobil sığortası, hər hansı bir qəza, təbii fəlakət və ya digər gözlənilməz hallarda avtomobil sah...

25 noyabr 2024

Ətraflı

Yanacaq Səmərəliliyi üçün 7 Əsas Məsləhət

Neçə Növ Avtomobil Yanacağı Mövcuddur?Avtomobillərdə istifadə edilən əsas yanacaq növləri aşağıdakılardır: -Benzin (Petrol)Ən geniş yayılmış yanacaq...

18 noyabr 2024

Ətraflı