19 may 2020
W202 və W210 problemləri və zəif nöqtələri
W202 VS W210 problemləri və zəif nöqtələri
Statistikaya əsasən ölkəmizin yollarında istismarda olan sayca ikinci ən çox avtomobil Mercedes-Benz markasına aid olan avtomobillərdir. Bu avtomobillər içindən isə daha çox üstünlük verilən məhz bu iki modeldir. Buna görə bu bloq bir çoxumuz üçün maraqlı ola bilər. Əvvəlcə onu qeyd edim ki, Mercedes-Benz heç vaxt sadə avtomobil olmamışdır. Lakin zaman keçdikcə, bu avomobillərə vaxt öz təsirini göstərir.
Mühərrik:
Bu modellərin mühərriklərinin əksəriyyəti dörd və altı silindirli olaraq istehsal ediliblər. Belə mühərriklərin (əsasən də M104) ən başlıca problemi silindrlər blokunun başlığının əyilməsi və ya burulmasıdır. Təəssüf ki, bu problem konstruktiv xarakter daşıyır və tempratur dəyişikliklərində, bu problemdən qaçmaq çox çətindir. Bəziləri isə, mühərrikin ön hissəsində yağ axıntısı gördükdə, sadəcə həmin hissədə yerləşən rezin qatı (kipkəci) dəyişirlər. Bu hissənin deformasiyası adətən 100000 km gedişdən sonra baş verir. Lakin müntəzəm olaraq baxış keçirilməyən avtomobillərdə, bu hissə heç 100000 km-ə qədər də dözmür.
Bunun səbəbi isə isinmə, radiatorun çirkli olması kimi və digər amillərdir. Belə hallarda, radiatorun xaricdən yuyulması kömək etmir. Bunların əksinə, M111 tipli dörd silindirli mühərriklər, qızmaya daha davamlıdır lakin onların da problemləri var. Bəzi hallarda, xaricetmə kollektorunda çatlar olur və diaqnostika zamanı bunu müəyyən etmək mümkün deyil. Çünki, kollektorun ağzı metal ekran vasitəsilə bağlıdır. Yeni kollektorlar daha davamlı metaldan hazırlandığı üçün, yalnız kollektorun dəyişilməsi problemi həll edir. Bu problemin ən az rast gəlindiyi mühərriklər isə 2.0 və 2.3 kompressor mühərriklərdir. Avtomobillərin su nasosları bütün Mercedes-Benz modellərində antifrizlərin keyfiyətinə və dəyişilmə vaxtına qarşı həssasdır. Su nasosu adətən 100000-150000 km intervalında sıradan çıxır.
Təcrübələrin göstərdiyi başqa bir cəhət isə, aşağı keyfiyyətli benzindən, ilk zərər görən hissənin alışdırma şamları olmasıdır. Mühərriklərə, düzgün yağların da əlavə edilməsi əhəmiyyətli amildir.
Sürətlər qutusu:
Qeyd olunan modellərin sürətlər qutusu, ən stabil və uzun ömürlü qutulardan sayılır. Mexaniki sürətlər qutusu 90000 km-dən, avtomatik sürətlər qutusu isə 60000 km-dən bir yağ dəyişməni tələb edir. Avtomatik sürətlər qutusu üçün əsasən, iki tipli defekt xarakterikdir:
-
- İlk defekt, mühərrikin dövriyyələrinin hesablana bilməməsi ilə bağlıdır. Bu halda, sürətlər qutusu, avtomobili qəza rejiminə salır. Bu halda, çıxış variantı, sürətlər qutusunun platasının dəyişdirilməsidir.
- İkinci defekt isə, elektik bölümündən yağ axıtmasıdır. Bu halda isə sıxıcı rezini dəyişməklə, bu problemi həll etmək mümkündür.
Asqı:
Ümumilikdə Mercedes-Benz markasının asqısı çox dözümlüdür. Susdurucu bloklar və tormoz diskəri 80000 km gedişdən bir dəyişməyə məruz qalır. Lakin, E-klasın asqısı nisbətən kövrəkdir, və hər 30000 km-dən bir baxış keçirtmək labüddür.
C-klasın zəif hissələrindən biri isə sükan dartqısıdır. Sükan dartqısı orta hesabla 40-60000 km-dən sonra sıradan çıxır. Bu hissə bütöv dəst şəklində dəyişdirilir.
Elektrik:
Akkumlyator avtomobilin arxa hissəsində yerləşdiyindən, arxadan zərbələr zamanı, nisbətən təhlükəlidir. Arxa faraların plataları da zəif hissələrdəndir. Bəzi hallarda lampaların yanmasını müşahidə edə bilərik. E-klasda səs siqnalı müəyyən müddətdən sonra zəifləməyə başlayır. Duman işıqları isə ümumiyyətlə sönür. Bu faralar komplekt olaraq dəyişdirilməlidir.
Yanacaq Səmərəliliyi üçün 7 Əsas Məsləhət
Neçə Növ Avtomobil Yanacağı Mövcuddur?Avtomobillərdə istifadə edilən əsas yanacaq növləri aşağıdakılardır: -Benzin (Petrol)Ən geniş yayılmış yanacaq...
18 noyabr 2024
ƏtraflıAsqı Sistemi (amortizator) Nədir? Problemləri Necə Təyin Edək?
Asqı Sistemi (amortizator) Nədir? Əsas Funksiyaları Nələrdir?Avtomobilin asqı sistemi (amortizator) avtomobilin yolda hərəkət zamanı rahatlığını və tə...
14 noyabr 2024
ƏtraflıSilindr Başlığı-Silindr Başlığı Qapağı Nədir? Və Problemi Necə Təyin Edək?
Mühərrikin silindr başlığı və silindr başlığının qapağı nədir? -Silindr başlığı nədir?Silindr başlığı, mühərrikin əsas komponentlərindən biri olub, si...