28 iyul 2022
Lassa - Təkər Mərkəzi
"Kaan" şirkəti 1998-ci ildən etibarən Azərbaycan Respublikası, Bakı şəhərində fəaliyyət göstərir. Artıq 23 ildən çoxdur ki, biz minik, yük, avtobus, sənaye texnikası və kənd təsərrüfatı avtomobilləri üçün rezin şinlərin topdan və pərakəndə satışını həyata keçiririk. Şirkət olaraq əməkdaşlıq etdiyimiz markaların keyfiyyəti bizim üçün olduqca vacibdir. Bu məqsədlə, ilk olaraq Türkiyənin ən böyük fabriklərindən biri olan Brisa Bridgestone Sabancı Lastik Sanayi ve Ticaret A.Ş.-nin Lassa markası ilə əməkdaşlığa başladıq. Hal-hazırda isə Lassa ilə yanaşı, Petlas və Aeolus markalarının da ölkə üzrə rəsmi distribütoruyuq. Təqdim etdiyimiz markalar keyfiyyət və uzunömürlülüyünə görə bazarda lider mövqeyini qoruyub saxlayır.
Missiyamız
"Kaan" şirkətinin missiyası, müştəri tələblərinə diqqətli yanaşma ilə fərq yaradan keyfiyyətli və sağlam məhsulları düzgün qaydada təqdim etməkdir. Biz müştərilərimizin ehtiyaclarına uyğun ən yaxşı təkliflər etməklə onların məmnuniyyətini təmin etməyə çalışırıq. Məhsullarımızın müştərilərimiz üçün həm təhlükəsizlik, həm də rahatlıq təmin etdiyinə əminik.
Gələcəyə baxış
Şirkət olaraq, müştərilərimizlə münasibətlərimizi dürüst və şəffaf şəkildə qurmağa, məhsullarımızı isə yüksək keyfiyyətlə və münasib qiymətlərlə təqdim etməyə sadiqik.
Əsas hədəfimiz - Gələcəyə baxışımızda, istifadəçilərimiz üçün maksimum qənaət və məmnuniyyət təmin edəcək sağlam seçimlər təqdim etməkdir.
Şirkət rəhbərinin mesajı: "Sağlam seçim ilə təhlükəsizliyinizi və rahatlığınızı birləşdirən bizim məhsullar, sizin maksimum qənaətiniz olacaqdır"
- Qaynar xətt *0009
- Babək pr. 2222, Bakı, Azərbaycan
- +994 12 424 34 15
- [email protected]
- +994 70 216 49 20
Porsche 911-in Sirri: Komfort, Sürət və Saf Sürüş Hissi
Porsche 911 sadəcə avtomobil deyil, onilliklərdir formalaşan bir sürüş fəlsəfəsidir. O, gündəlik rahatlığı saf idman avtomobili hissi ilə nadir şəkild...
05 yanvar 2026
ƏtraflıHibrid Avtomobil Batareyası Niyə Tez Sıradan Çıxır? Düzgün Doldurma Qaydaları
Hibrid Avtomobillərin Düzgün DoldurulmasıBakıda sürücülərin ən çox buraxdığı səhvlər və risklər Son dövrlər Azərbaycanda, xüsusilə də Bakıda hibrid a...
07 dekabr 2025
ƏtraflıYağışlı Havada Bakı Yollarında Sürərkən - Təhlükəsizliyi Artıran 7 Vacib Tövsiyə
Bakı kimi sıx hərəkət olan şəhərlərdə yağışın yağması həm tıxacları artırır, həm də yol-nəqliyyat hadisələrinin riskini yüksəldir. Sürüşkən yol örtüyü...