01 may 2020

Yağ azalmasının səbəbləri

Avtomobildə yağ 3 cür azalır:

1. Avtomobil yağ itirir (yəni bir yerə yağ axır).
2. Yağ yüksək temperatura dözmür və detallara yapışır.
3. Mühərrikdə yağ yanır.



Birinci hal 
adətən köhnə maşınlarda olur. Yağ rezin və rezin-metal qarışımı hissələrdən axıdır.
Ehtiyat hissəsi tam sıradan çıxmayıbsa yağ-qatqı ilə mühərriki sökməmiş nasazlığı aradan qaldırmaq olur. Əks halda mühərrik mütləq sökülməlidir.

İkinci hal keyfiyyətsiz yağ istifadə edəndə olur. Müasir mühərriklər yüksək performans göstərmək məqsədilə çox dəqiq istehsal olunur. Güc itkisinin qarşısını almaq məqsədilə detallar arası məsafəni mikroskopik səviyyə qədər azaldıblar.
Yüksək sürtünmə keyfiyyətsiz yağı demək olar ki palçıqlaşdıraraq bütün hissələri yapışdırır. Mühərrik hissələri ciddi zərər görür. Karterdə yağ azalır və siz elə bilirsiniz ki, mühərrik yağ yeyir, lakin əslində yağ yemir sadəcə daha zərərli qatı hala keçir.
Belə hal varsa mühərrik yuyulmalı və yenidən keyfiyyətli yağ tökülməlidir. Əgər səs əmələ gəlibsə, artıq mühərrik sökülməlidir zədə görmüş detal dəyişilməlidir.

Üçüncü hala iki cür rast gəlinir. İlk olaraq yeni maşınların bəzi modellərində hər 5000 km də karterdə olan yağın müəyyən faizi itə bilər. Bu normal bir haldır və heç narahatçılığa ehtiyac yoxdur.

İkinci isə yağ kipkəcləri və kolçalar sıradan çıxaraq yanma kamerasına yağ buraxır. Bu halda yağ çox itir.

Bu cür halın qarşısını almaq ancaq mühərriki söküb uyğun detalı dəyişməklə mümkündür.

Azərbaycanda Avtomobil Sığortası 2026: İcbari və Kasko Arasında Fərq Nədir?

Azərbaycanda Avtomobil Sığortası: İcbari və Kasko Arasındaki Fərqi Bilirsinizmi? Sürücülərin əksəriyyəti icbari sığortayı sadəcə "qanun tələb edir" d...

16 iyun 2026

Ətraflı

Li Auto L7 2024-2026 Azərbaycanda: EREV Sistemi, Real Yürüş və Gizli Risklər

🚙 Li Auto L7 hansı avtomobildir? Li Auto L7 ilk baxışda böyük, komfortlu və texnologiya ilə zəngin elektrik SUV təsiri bağışlayır. Ancaq onu adi elek...

12 iyun 2026

Ətraflı

Toyota Corolla Cross Hybrid 2025-2026: Bakı üçün sərfəli seçimdir?

Azərbaycanda hibrid avtomobillərə maraq artıq sadəcə trend deyil, real ehtiyacdır. Artan yanacaq xərcləri, şəhər şəraitində praktik istifadə imkanları...

14 may 2026

Ətraflı