30 avqust 2023

Azərbaycanda "Cərimə" Növləri

Azərbaycanda cərimələrin müxtəlif növləri və onların müvafiq məbləğləri var. Bu dəfə sizə gündəlik həyatda rastalaşa biləcəyimiz cərimə növlərinin bəziləri ilə Tanış Edəcəyik.

Bunlar aşağıdakılardır:

QAYDA POZUNTULARI

327.1.Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi

-Nəqliyyat vasitətəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi

-Araməsafəsi

-Sürmə təlimi keçmə qaydalarının pozulması

-Yaşayış zonasında hərəkət etmə qaydalarının pozulması

-Əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması

-Nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması 40 AZN


327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi

-"Giriş qadağandır" yol nişanının tələbinin pozulması

-Sərnişin daşıma qaydasının pozulması

-Əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydalarının pozulması

-Yolayrıcını keçmə qaydalarının pozulması 80 AZN və 3 bal cərimə

 

Maddə 328. Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma

328.1.Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə 10 AZN - bal

328.2.Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə 50 AZN 2 bal

328.3.Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 AZN 3 bal

328.4.Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat həddindən artıq aşmağa görə 300 AZN 4 bal

 

Maddə 329. Təhlükəsizlik kəmərlərindən, motodəbilqələrdən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması

329.1.Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmə 40 AZN

329.2.Motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti idarə etmə

329.3.İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması 30 AZN

 


Maddə 330. Piyadaya yol verilməməsi

330.0.Sürücü tərəfindən piyadaya yol verilməməsinə 50 AZN

330.0.1 Nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya 50 AZN

330.0.2 Yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya 50 AZN


Maddə 338. Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması

338.1.Piyada tərəfindən yol hərəkəti qaydalarının pozulması 20 AZN

338.1.1.Piyada svetoforlarına və nizamlayıcının işarələrinə riayət edilməməsi 20 AZN

338.1.2.Yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılması 20 AZN

338.4.Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması 40 AZN

338.4.5.Nasaz velosipeddən istifadə etmə 40 AZN

338.4.6.Piyadaların hərəkətinə maneə yaradılması 40 AZN

Bu cərimələrlə yanaşı, digər yol hərəkəti qaydalarının pozulmasına görə də, məsələn, sürücülük vəsiqəsi olmadan avtomobil idarə etmək, sığortasız avtomobil idarə etmək, avtomobili ehtiyatsızlıqdan idarə etmək kimi cərimələr də var.

Qeyd etmək lazımdır ki, Azərbaycanda cərimələr dəyişdirilə bilər. Cərimələrlə bağlı ən aktual məlumatı Azərbaycan Respublikası Dövlət Yol Polisi İdarəsinin internet saytından əldə etmək olar.

Yol hərəkəti qaydalarına əməl etmək və təhlükəsizliyimizi qorumaq ən Doğru Yoldur.

 

Yeni xəbərlərdən xəbərdar olmaq üçün qeydiyyatdan keçməyi unutmayın!
https://autoreport.az/register
https://www.youtube.com/@autoreport_az
www.autoreport.az

Autoreport-u Seçmənin 3 Əsas Faydası

Autoreport-u Seçdiyinizdə sizin üçün bir çox Faydaları olacaqdır. Bu dəfə sizə Elektron Servis Kitabçasının Sizə Qazandıracağı Əsas 3 Faydası haqqında...

23 sentyabr 2023

Ətraflı

Yanacaq Sərfiyyatının 13 Səbəbi

Avtomobildə yanacaq sərfiyyatını artıran bir çox amillər var. Bu dəfə sizə yanacaq sərfiyyatını artıran 13 Səbəb haqqında məlumat verəcəyik. Bu amillə...

15 sentyabr 2023

Ətraflı

EA-ların Ən Çox Qırılan Detalları

Elektrikli avtomobillər ənənəvi daxili yanma mühərriki (ICE) avtomobilləri ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. O cümlədən, onların daha sad...

12 sentyabr 2023

Ətraflı