02 may 2020
Mühərriki necə qorumaq olar?
Mühərrikin qorunması nə deməkdir?
Hər kəs yağ seçərkən adətən “neçə km sürə bilərəm, orijinaldır mı, üstündə rəsmi təsdiq (dopusk, approval) var mı?” kimi suallar soruşur. Lakin əsas soruşulmalı olan sual “istifadə etdiyim yağ avtomobilimi nə dərəcədə qoruyacaq?”olmalıdır. Əslində ikinci və əsas olan sual ona görə verilmir ki, sürücülər və ustalar adətən hardansa və necəsə ala-yarımçıq məlumatlar əldə edirlər və əldə etdikləri məlumatlar haqqında soruşurlar.
Reallıqda isə yağın əsas məqsədi mühərriki qorumaqdır. Bu funksiya hər bir yağda mövcuddur, lakin qoruma nisbətləri fərqlidir.
Bəs nə üçün yağların üstündə demək olar ki, eyni sözlər yazılır (API, ACEA, istehsalçı təsdiqi və s.)? Bunun səbəbi odur ki, üstündə qeyd edilənlər minimal standartlardır və hamısı ona cavab verir. Məsələn APİ götürsək, ən son standartların testi 100 saat 3600 dövrdə aparılır və nəticə və tələblər buna əsasən yazılır. Burda bir qoruma var, amma müəyyən bir həddə qədər. Bu onu göstərir ki, 100 saatdan sonra mühərrikin qorunması olmayacaq. Bunu qısaca belə izah edə bilərik ki, məsələn, təxmini orta sürüş tempini (şəhər daxili tıxaclar və s. faktorlar nəzərə alınmaqla) 30-40 km/saat götürsək, o zaman 3000-4000 km-dən sonra APİ artıq tələblərə cavab verməyəcək və mühərrik normadan çox yeyiləcək. Əgər fikir vermisinizsə, elə yağlar var ki, 3-4 dəfə dəyişildikdən sonra mühərrik təmiz olsa da mühərrikin səsi həddən artıq çox gəlir. Bu onu göstərir ki, bu yağ mühərriki minimal səviyyədə qoruyur.
Yağ seçimindəki əsas məqsəd onun mühərriki nə qədər çox qoruyub nə qədər az aşındırması olmalıdır ki, mühərrik daha da uzun ömürlü olsun.
Azərbaycanda Avtomobil Sığortası 2026: İcbari və Kasko Arasında Fərq Nədir?
Azərbaycanda Avtomobil Sığortası: İcbari və Kasko Arasındaki Fərqi Bilirsinizmi? Sürücülərin əksəriyyəti icbari sığortayı sadəcə "qanun tələb edir" d...
16 iyun 2026
ƏtraflıLi Auto L7 2024-2026 Azərbaycanda: EREV Sistemi, Real Yürüş və Gizli Risklər
🚙 Li Auto L7 hansı avtomobildir? Li Auto L7 ilk baxışda böyük, komfortlu və texnologiya ilə zəngin elektrik SUV təsiri bağışlayır. Ancaq onu adi elek...
12 iyun 2026
ƏtraflıToyota Corolla Cross Hybrid 2025-2026: Bakı üçün sərfəli seçimdir?
Azərbaycanda hibrid avtomobillərə maraq artıq sadəcə trend deyil, real ehtiyacdır. Artan yanacaq xərcləri, şəhər şəraitində praktik istifadə imkanları...