07 iyun 2020

Paneldə göstərilən yağ təzyiq siqnalının səbəbi nədir?

İdarəetmə panelində göstərilən yağ təzyiq siqnalının səbəbi nədir?

 

İdarəetmə panelində son illərin avtomobillərində artıq mühərriklə və avtomobillərlə əlaqəli məlumatlar sürücülərə daha ətraflı bildirilir. Bu məsələni bu dəfəki bloqumuzla açaq. MisalMəsələn, artıq əvvəlki avtomobillərdən fərqli olaraq Elektronik idarə etmə sistemləri sürücülərə yalnız mühərrik yağının əskikliyini deyil,  eyni zamanda miqdarının normadan çox olduğunu və ya normadan yüksək və ya alçaq yağ təzyiqi haqqında da məlumat verə bilir.

Yağ təzyiqi göstərəricisində yüksək yağ təzyiqi siqnalının səbəbi nədir?

1) Normadan çox və ya düzgün seçilməyən yağın mühərrikə əlavəsi.

İstehsalçılar mühərrik üçün şərt olan yağ miqdarını istifadə kitabçasında və ya öz internet səhifələrində qeyd edirlər. Amma bəzi istifadəçilər deyirlər ki, düzgün yağ miqdarını seçdim, lakin yenə eyni problemlə qarşılaşdım. Bunun səbəbi isə düzgün seçilməyən yağ ölçüsüdür (10W40, 5W30 kimi). Yağlar haqqında əvvəlki bloqlarımızda məlumat vermişdik və qeyd etdiyimiz kimi yağların qalınlığı fərqli olur. Qalın yağın yağ kanallarının divarına göstərdiyi təzyiq yüksək olduğundan, idarəetmə panelində bu signal ilə qarşılaşmağınız normaldır. Normadan daha qalın yağ seçimi isə yağlamanın düzgün və səmərəli getməsinin qarşısını alır. Mühərriki soyutmur, əksinə hərarətini süni şəkildə qaldıra bilir.

 

2) Yağ kanallarının tıxanması.

Yağ kanallarının tıxanması əsasən də qatı yağ istifadə edilən mühərriklərdə yağın kanal səthinə daha yüksək təzyiqlə təsirinə səbəb olur ki, bu zaman da sensorlar bunu təzyiqin normal yağ təziqi üstündə olması və ya yağ səviyyəsinin yuxarı olması ilə əlaqələndirirlər.

3) Yağ boruları

Problem adətən 10 yaşı olan Turbo mühərrikli avtomobillərdə olur. Turbonu qidalandıran yağ borusunun əzilməsi eyni problemə səbəb ola bilir.

4) Yağ təzyiq sensorunun sıradan çıxması.

Sıradan çıxan sensor çox zaman normadan yuxarı yağ təzyqinin və ya yağ miqdarının olduğunu gösdərə bilər.

Çin avtomobilləri Azərbaycanda: rəsmi diler yoxsa qeyri-rəsmi idxal?

Son illərdə Azərbaycanda Çin avtomobillərinə maraq açıq şəkildə artıb. Bunun əsas səbəbi sadədir: alıcılar daha zəngin komplektasiya, müasir dizayn, b...

05 may 2026

Ətraflı

2026-cı ildə Azərbaycanda hibrid və elektrik avtomobili almaq sərfəlidirmi?

Son illərdə Azərbaycanda avtomobil alıcılarının seçimində böyük dəyişiklik görünür. Əvvəllər əsas sual daha çox "benzin yoxsa dizel?" idi. İndi isə bi...

20 aprel 2026

Ətraflı

İkinci əl avtomobil alarkən servis tarixçəsi niyə qiymətdən daha vacibdir?

İkinci əl avtomobil alanda çoxumuz əvvəlcə qiymətə baxırıq. Bu normaldır: büdcə vacibdir, bazarda seçim çoxdur və hər kəs daha sərfəli variant tapmaq...

15 aprel 2026

Ətraflı