İkinci Əl Avtomobil Alımı | AVTOREPORT
Avtomobil alqı-satqısı etmək və ya satışda vasitəçilik etdiyiniz avtomobili satmağınızdan asılı olmayaraq, etibar edə biləcəyiniz bir tarixçə lazımdır. AUTOREPORT tərəfindən hazırlanmış hərtərəfli Nəqliyyat Vasitəsi Tarixçə Hesabatı sizə hansı avtomobillərin daha etibarlı olmasına qərar verməkdə kömək edəcək məlumatları təqdim edir.
Hər bir Nəqliyyat Vasitəsi Tarixçə Hesabatında yoxlanılır:
- Yürüş: geri çəkilmə, qeyd edilən son yürüş
- Mülkiyyət: Əvvəlki sahibləri, dövlətə məxsusluğu və ya korporativ mülkiyyət olması
- Şəxsi və ya korporativ istifadədə olması
- Geri çağrılması haqqında məlumat
- Xidmət və yoxlanış tarixçəsi
AUTOREPORT Hesabatı vasitəsilə ağıllı bir razılaşma təmin edin
Almaq istədiyiniz nəqliyyat vasitəsinin tarixçəsində tək bir məlumatı belə unutmaq maliyyə itkisinə və ya daha pis nəticələrə səbəb ola bilər və siz yolda təhlükəli bir avtomobili idarə etmək riski alacaqsınız.
Satışdan sonra yüzlərlə Manat təmir xərclərindən sığortalanmaq və aldığınız avtomobilin yaxşı vəziyyətdə olduğundan əmin olmaq üçün satın almadan əvvəl AUTOREPORT Nəqliyyat Vasitəsi Tarixçə Hesabatını istifadə edin.
Avtomobilinizi satırsınızsa, potensial alıcılara nəqliyyat vasitəniz haqqında geniş tarixçə hesabatını təqdim etməklə etimad qurun və ədalətli müqavilə bağlayın.
AUTOREPORT Tarixçə Hesabatı necə əldə edilir?
Hesabatı sadəcə almaq istədiyiniz nəqliyyat vasitəsinin VIN nömrəsi ilə axtararaq əldə edə bilərsiniz. Hər avtomobilin özünəməxsus 17 simvoldan ibarət VIN nömrəsi var. VIN, bir nəqliyyat vasitəsinin tarixçəsi haqqında məlumatlar da daxil olmaqla bir çox vacib istifadəyə malikdir.
VIN avtomobilin bir çox yerində, lakin ən çox məlumat panelində (bunu ön şüşədən də görə bilərsiniz) və sürücünün qapısında yerləşdirilir. Bəzi nəqliyyat vasitələrində VIN mühərrik, kapot və digər hissələrə də qeyd edilir. VIN həmçinin sığorta polisi, xidmət qeydləri və nəqliyyat vasitəsi üçün polis hesabatlarında da görünə bilər.
Avtomobilin Eyniləşdirmə Nömrəsi (VIN) 17 simvoldan ibarətdir, hər zaman 6 nömrə ilə bitir və nəqliyyat vasitəsinin baş sənədlərində, eləcə də avtomobilin özündə göstərilir. Məs., 1G1YY26U0651XXXXX.
Xüsusilə ikinci əl avtomobillərlə işləyərkən satıcının sizin üçün açıqlaya bilmədiyi və ya açıqlamağı unutduğu bir çox şey var. Məsələn, qalıq dəyəri, son xidmət tarixi və ya odometrin geri çəkilib-çəkilməməsi. Bu və digər məsələlərin hər hansı biri ikinci əl avtomobilin təhlükəsizliyinə, fəaliyyətinə və hətta dəyərinə təsir göstərə bilər.
Nəqliyyat vasitəsinin tarixçəsini öyrənməyinizi daha da çətinləşdirmək üçün bəzi satıcılar səhv bir VIN nömrəsi qedy edə və ya ümumiyyətlə VIN nömrəni verməkdə tərəddüd edə bilərlər.
İkinci əl avtomobil alarkən özünüzü saxtakarlıqdan qorumaq üçün bu göstərişlərdən istifadə edin:
VIN-ni satıcıdan və ya nəqliyyat vasitəsinin özündən götürün. Satıcı VIN-i açıqlamaqdan imtina etsə, bu, avtomobilin tarixçəsini öyrənməyinizi istəmədiyinin bir əlaməti ola bilər.
Nəqliyyat vasitəsinin tarixçəsini əldə edin. Satıcıdan AUTOREPORT Nəqliyyat Vasitələrinin Tarixçə Hesabatınə tələb edin. Satıcı bunu təmin etmirsə, özünüz www.autoreport.az saytından VIN nömrə üzrə axtarış verərək hesabatı əldə edə bilərsiniz. Nəqliyyat vasitəsinin eyniliyini təsdiqləyin. Satıcı tərəfindən verilmiş VIN nömrəni nəqliyyat vasitəsindəki VIN nömrə ilə uyğunlaşdırın və nəqliyyat vasitəsinin AUTOREPORT Hesabatına baxın.
AUTOREPORT Nəqliyyat Vasitəsi Tarixçə Hesabatı mənə öz biznesimdə necə kömək edə bilər?
Nəqliyyat Vasitəsi Tarixçə Hesabatlarına baxmaq üçün etibarlı üçüncü tərəfi istifadə edərək, ikinci əl avtomobillərinizi qiymətləndirməyə sərf olunan vaxtı xeyli azalda bilərsiniz. Bu Hesabat vasitəsilə inventarınızın həqiqi bazar dəyərini daha yaxşı qiymətləndirə və yaraba biləcək problemləri öncədən görə bilərsiniz. Etibarlı bir şəkildə satın aldığınız zaman ədalətli bir qiymətə satacaqsınız və bu təcrübə marka nüfuzunuzu qoruyacaqdır.