01 may 2020
Hansı antifrizdən istifadə etmək məsləhətdir?
Antifriz nə üçün rənglidir?
Əslində antifriz bir spirt törəməsidir. Spirt kimi antifriz də rəngsiz olmalıdır. Bizim avtomobilimizdə istifadə etdiyimiz antfrizlər isə yaşıl, sarı, mavi, narıncı kimi rənglərdə ola bilir. Bu antifrizlərin əslində biri birindən çox da fərqi yoxdur. Antifrizin özünə məxsus rəngə sahib olma səbəbi soyuducu sistemdə sızıntı zamanı antifrizin rənginə görə aşkar edilə bilməsi üçündür. Bundan başqa yağa antifrizin qarışması hallarında tez diaqnoz qoyulması üçün bu rənglərdən istifadə olunur. Bəzi firmalar istehsalda daha da irəliyə gedərək forfor (P) kimi effekt verə bilən və qaranlıqda parlayan antifrizlər istehsal edirlər.
Digər bir tərəfdən istehsalçılar antifrizin tərkibi üzərində işləyərək daha fərqli donma dərəcələrinə sahib antfrizi hazırlayırlar. Buna görə fərqli istehsalçıların antifrizlərini qarışdırmayasanız deyə antifrizlər arasında rəng fərqi ola bilir. Antifriz əslində rəngsizdir və tərkibindəki kimyəvi birləşmələr ona rəng verməz.
Antifriz xüsusiyyətləri rəngə görə ayırd edilə bilər mi?
Bazarda müxtəlif rəngdə antifrizlər vardır. Firmalara məxsus rəngləri sizləri aldatmasın, çünki ölkəmizdə bu sahədə intizam Avropa və ABŞ da olduğu kimi deyildir.
Misal üçün hər zaman adını bilmədiyiniz qırmızı rəngli antifriz işlətmisiniz və bu olduqca sizi qane edib. Lakin bu səfər başqa bir firmanın qırmızı rəngli antifrizini alırsınız. Aldığınız antifrizin rəngi onun kimyəvi tərkibini əks etdirmədiyi üçün əslində aldığınız antifriz əvvəl bəyəndiyinizdən çox çox fərqlidir. Məhz buna görə də antifriz alan zaman rəngə görə keyfiyyət xarakteristikasına ayırmamalısınız.
Yuxarıda çəkdiyimiz misalın əksi də ola bilər.Məsələn, siz hər zaman qırmızı rəngli antifriz işlətmisiniz, lakin başqa bir firmanın yaşıl rəngli antifrizi ilə eyni keyfiyyətdədir. Rənginin fərqli olması keyfiyyət cəhətdən ölçü qəbul edilmir.
Antifrizin növləri
Qeyri-Təbii Antifriz (IAT - Inornagic Acid Technology)
Bu tip antifrizlərdə ayırmaq üçün adətən yaşıl rəng və ya açıq fosfor istifadə edilir. Tərkibində P (fosfor) və silikatdan isdifadə edilir. P dəmir üçün qoruyucu maddə olduğu kimi silikat da aluminium üçün qoruyucu maddə hesab olunur. Bu tip antifrizlər tərkibinə görə həm istehsalı dayanmış həm yeni avtomobillərdə seçilir və isdifadə edilirlər. Əsasən də su kanalları aluminium və su nasosu aluminium olan mühərriklərdə istifadəsi məsləhətdir. Ortalama 40-50 min k- dən və ya 2 ildən bir dəyişdirilməlidir. DƏyişikliyinin gecikməsi ilə mühərrik korroziyaya qarşı müdafiəsiz qala bilər ki, bu da mühərrikin ömrünə ciddi zərər verə bilər. Bu səbəblə suyu sərt olan bölgələrdə 50-50 nisbətdə antifriz su istifadəsi olunur. Səbəb isə silikatın çökərək dəmir təbəqə üzərində meydana gətirdiyi təbəqə fosforun müdaxiləsinin qarşısını alır və dəmir üçün korroziyaya səbəb ola bilir.
Təbii Antifriz (OAT - Organic Acid Technology)
Qeyr-təbii antifriz kimi fosfor və ya silikata sahib deyil. Buna görə də mühərriki korroziyadan qoruması daha aşağıdır. Bundan başqa buna baxmayaraq 200 min km kimi bir isdifadə ömürləri vardır. 2-EHA turşu və başqa təbii turşu tərkibində yer alır. İstehsalçı fərqinə görə müxdəlif rənglərdə ola bilər.
Hibrid Antifriz (HOAT - Hybrid Organic Acid Technology)
Adından da məlum olduğu kimi Hibrid, Təbii və Qeyri-təbii antifrizin qarışıq formasıdır. Tərkibində fosfor və silikatdan başqa 2-EHA və digər təbii turşular da vardır. Silikatın soyutma sistemi kanalında meydana gələn çatları doldurmaq kimi bir vəzifəsi də vardır. Suyu sərt bölgələrdə isdifadə olunur. Sarı və narıncı rənglərdə olduğu kmi başqa rənglərdə də ola bilər.
Nitridli Təbii antifriz (NOAT - Nitrited Organic Acid Technology)
Nitrid və Molibden tərkibinə görə daha bahalıdır. Bununla bərabər OAT dan daha çox ömrə sahibdir (1.000.000km) 24 saat dayanmadan işləyən yol maşınlarında və ya yarış avtomobillərində istifadə olunur. Tünd qırmızı və ya bənövşəyi rənglərdə ola bilirlər.
Hansı antifrizdən istifadə etməliyik?
Antifrizin rəngindən aslı olmayaraq bizim üçün əsas olan korroziyanın qarşısını alması, gec donması kimi xüsusiyyətlərdir. Rəngi əsas olmayan antifrizin əslində əsas olanı qarışdırılma nisbətidir. Bunun əvəzinə bizim bazarda sanki qırmızı və ya yaşıl antifriz daha yaxşıdır deyə və ya Təbii antifriz daha yaxşıdır deyə bir yalnış fikir hakimdir.
Digər bir tərəfdən müasir avtomobillərdə aluminium daha çox isdifadə edildiyi üçün silikat tərkibli antifrizlər, əsasən də HOAT Hibrid antifrizlər daha məsləhətlidir. İstehsalçıların bunu məsləhət görməkdə əsas məqsədi isə bölgənin suyunun sərtliyinə görədir. Olduğunuz bölgənin suyunun sərtliyi azdırsa, Qeyri-təbii antifrizdən istifadədə heç bir problem yoxdur. Bunun əksi olduqda isə Hibrid və ya Təbii antifrizdən istifadə edə bilərsiniz. Lakin ən əvvəl istifadə kitabçasında istehsalçının hansını məsləhət gördüyünə baxmalısınız.
Hansı antifriz olursa olsun su ilə qarışdırıldığında Jele halına gələ bilər və ya tam əksi ola bilər ki, bu da antifrizin vəzifəsini düzgün icra edə bilməməsinə səbəb ola bilər. Təbii və Qeyri-təbii antifrizn qarışdırılması ilə isə əks effekt əmələ gələrək mühərrikin daha tez korroziyaya uğramasına səbəb ola bilər. Məhz buna görə də antifriz dəyişimi zamanı əvvəlkinin eynisi isdifadə edilməli və ya antifriz tamamilə boşaldılaraq dəyişdirilməlidir.
Avtomobiliniz Qışa Hazırdır?
Qışa Hazırlıq: Avtomobilinizi Soyuq Havaya Hazır Tutun Qışın yaxınlaşması ilə sürücülər avtomobillərinin təhlükəsizliyini təmin etmək üçün bir sıra ö...
10 dekabr 2024
ƏtraflıFord Fusion (2013-2020) - Azərbaycan
2013-2020 ci illərdə istehsal olunmuş Ford Fusion haqqında ümumi məlumat:SEGMENTFord Fusion üslub, rahatlıq və sərfəliliyi birləşdirməklə məşhurlaşmış...
06 dekabr 2024
ƏtraflıKlass Brake System - Əyləc bəndləri
Azərbaycanda Əyləc Bəndlərinin Pioneri: Klass Brake System Azərbaycanda avtomobil sənayesinin inkişafı ilə yanaşı, keyfiyyətli və etibarlı məhsulları...