25 sentyabr 2024
Avtomobil Yağını Necə Seçək?
Avtomobil yağını necə seçək?
Avtomobil yağının seçilməsi avtomobilə texniki qulluqda mühüm addımdır. Düzgün seçilmiş yağ mühərrikin etibarlı işləməsini təmin edir və onun xidmət müddətini uzadır.
Avtomobil yağlarının 3 növü mövcuddur:
-Mineral yağlar
-Yarı Sintetik yağlar
-Tam Sintetik yağlar
Müasir avtomobillərin əksəriyyətində Sintetik yağlar istifadə olunur.
1.Mineral yağlar: Neftin emalı yolu ilə istehsal olunur. Tərkibinə görə daha əlverişlidir. Lakin, məhdud xüsusiyyətlərə malikdir.
Xüsusiyyətlər: aşınmaya qarşı, antioksidant, dispersant və s.
2.Yarı sintetik yağlar: Mineral və sintetik yağların xüsusiyyətlərini birləşdirir. Daha yüksək mühərrik qorunmasını təmin edir.
3.Sintetik yağlar: Sintetik komponentlərdən hazırlanır. Bu növ yağlar ən yaxşı xüsusiyyətlərə malikdirlər. Yüksək temperaturda yüksək sabitlik, aşağı temperaturda isə əla axıcılıqla mühərriki yüksək aşınmadan qoruyur.
Avtomobil yağlarına müxtəlif parametrlər əsasında yağın keyfiyyətini müəyyən edən beynəlxalq sertifikatlar təqdim olunur:
API (Amerika), ACEA (Avropa), ILSAC (beynəlxalq)
Mühərrik yağının əsas xüsusiyyətləri:
Avtomobil yağları Tək Mövsümlük və 4 Mövsümlük olur. Azərbaycanda adətən 4 Mövsümlük yağlar istehlak olunur.
Qatılılıq: Müxtəlif temperaturlarda yağın axıcılığı dəyişir. Yağın qatılılığı SAE (Society of Automotive Engineers- Avtomobil Mühəndisləri Cəmiyyəti) sisteminə uyğun olaraq təyin edilmişdir.
Birinci rəqəm yağın qatılılıq səviyyəsini, ikincisi yüksək temperatura (məs: 100-150 dərəcə) çatdıqda yağın qatılılığının dəyişmə diapazonunu göstərir.
Yağın üzərindəki “W” hərfi winter, yəni qış fəsli deməkdir. Məsələn: 5W-40 qış üçün nəzərdə tutulub deməkdir. Çünki üzərində “W” (Winter- qış) qeyd edilib .
Yay üçün nəzərdə tutulan yağların üzərində isə sadəcə rəqəm qeyd olunur. Yağların üzərindəki rəqəmlər qatılılıq səviyyəsini göstərir (25, 10 …).
Bu rəqəmlər nə qədər aşağıdırsa, cold start zamanı yağ mühərrikin hissələrini bir o qədər tez zamanda yağlayacaq və sürtünmənin qarşısı alınacaq deməkdir. Ona görə yağı seçərkən avtomobilinizə uyğun gələcək seçim edin, çünki, yağlanma milli saniyə belə gecikdiyində artıq sürtünmə baş verir deməkdir və mühərrikin erkən aşınmasına səbəb ola bilər.
SAE təyinatına görə mühərrik yağları aşağıdaki kimi təqdim olunur:
Qış (“W” hərfi ilə) – SAE 0w, 5w, 10w, 15w, 20w;
Yay – SAE 30, 40, 50;
Bütün mövsüm – SAE 0w-30, 0w-40, 5w-30, 5w-40, 5w-50, 10w-30, 10w-40.
Bu cədvəl vasitəsi ilə də seçim edə bilərsiniz.
Yağdəyişmə İntervalı
Yağdəyişmə intervalı dəyişkən ola bilir.
Avtomobil trasda sürülürsə yağdəyişmə maksimum 10.000 km -də olmalıdır.
Əgər avtomobil şəhərdaxili sürülürsə yağdəyişmə maksimum 7000 km- də olmalıdır. Şəhərdaxili tıxaclar, işıqforlarda gözləmək və s. kimi vəziyyətlər mühərrikin tez aşınmasına səbəb ola bilir. Ona görə yağdəyişmə intervalını hər zaman diqqətinizdə saxlayın.
Avtomobilin istismarı zamanı mühərrik yağı orijinal özlülük xüsusiyyətlərini itirə bilər. Neft istər-istəməz “yaşlanır”.
-oksidləşməyə məruz qalır
-yanacaq yanma məhsulları ilə doyurulur
-aşqarların və stabilizatorların molekulyar tərkibi pozulur
Avtomobiliniz normadan artıq yağ yeyirsə, digər yağlarla əvəz edib vəziyyəti daha da çətinləşdirmədən, güvəndiyiniz ustaya aparmağınız məsləhət görülür.
Ümumi rəy
Yağın özlülüyü avtomobil mühərrikinin uzun və problemsiz işləməsi üçün nəzərə alınmalı olan ən vacib parametrlərdən biridir. Ancaq ilk növbədə istehsalçının tələblərinə və tövsiyələrinə əməl etməyiniz tövsiyyə olunur.
Yollarda uğurlar!
Silindr Başlığı-Silindr Başlığı Qapağı Nədir? Və Problemi Necə Təyin Edək?
Mühərrikin silindr başlığı və silindr başlığının qapağı nədir? -Silindr başlığı nədir?Silindr başlığı, mühərrikin əsas komponentlərindən biri olub, si...
12 noyabr 2024
ƏtraflıQazpaylayıcı Mexanizm Nədir? Problemlərini Necə Təyin Edək?
Qazpaylayıcı mexanizmin hissələri hansılardır və funksiyaları nələrdir?Qazpaylayıcı mexanizmin əsas hissələri və onların funksiyaları bunlardır: -Kəp...
05 noyabr 2024
ƏtraflıYanacaq Nasosu Problemləri/Yanacaq Nasosu Nədir? Yanacaq Nasosunun Keyfiyyəti
Yanacaq Nasosu Nədir və ya Funksiyası Nədir?Aşağıda yanacaq nasosunun funksiyaları və əhəmiyyəti haqqında əsas məqamları təqdim edirik: -Yanacağın Mü...