19 mart 2022

Nəqliyyat vasitələrinin idxalı

 Azərbaycan bu ilin yanvar-aprel aylarında 383,4 milyon ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların ehtiyat hissələrini idxal edib.

 Dövlət Gömrük Komitəsinə istinadən, Azərbaycan ötən ilin eyni dövrü ilə müqayisədə 18 % daha az nəqliyyat vasitəsi idxal edib.

 Hesabat dövründə avtomobillər və onların ehtiyat hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 10,9 %-ni təşkil edib

 Avtomobillərin ehtiyat hissələri və təmiri sahəsində baş verən proseslər hər dövr üçün aktual məsələ xarakteri daşıyır. Bunun da əsas səbəbi ölkəmizdə ildən-ilə avtomobil istifadəçilərinin sayının artmasıdır.

 Təsadüfi deyil ki, statistik göstəricilərə əsasən, Azərbaycanda avtomobil istifadəçilərinin sayı 2000-ci ilə nəzərən 2018-ci ildə 3,5 dəfə artaraq 332 min 26 ədəddən 1 milyon 170 min 672 ədədə yüksəlib.

 

2018-ci ildə ölkəmizdə ən çox istifadədə olan avtomobil modelləri “VAZ-2101, “VAZ-2103”, “VAZ-2106” avtomobilləri olub. Digər sıralarda isə ardıcıl olaraq “Mercedes”, “Hundai”, “Toyota”, “Opel”, “VAZ-2121”, “KİA”, “Nissan” modelləri gəlir. 2000-cil ildən etibarən ölkədə ən çox artım məhz “Mercedes” (194 363 ədəd artım), “VAZ-2105” və “VAZ-2107” (107 110 ədəd artım), “Toyota” (49 888 ədəd artım), “Opel” (43 330 ədəd artım), “VAZ-2101”, “VAZ-2103”, “VAZ-2106” (cəmi 37 422 ədəd artım), “KİA” (33 561 ədəd artım) və “Nissan” (31 993 ədəd artım) modellərində qeydə alınıb. “Mercedes” modellərinin sayı 41,77 dəfə artaraq 4 653 ədəddən 194 363 ədədə, “VAZ-2105 və “VAZ-2107” modellərinin sayı 6,45 dəfə artaraq 19 639 ədəddən 126 749 ədədə, “Toyota” modellərinin sayı 55,88 dəfə artaraq 909 ədəddən 50 797 ədədə, “Opel” modellərinin sayı 62,3 dəfə artaraq 707 ədəddən 44 037 ədədə, “VAZ-2101”, “VAZ-2103” və “VAZ-2106” modellərinin sayı 1,23 dəfə artaraq 162 354 ədəddən 199 776 ədədə, “KİA” modellərinin sayı 54,8 dəfə artaraq 625 ədəddən 34 186 ədədə, “Nissan” modellərinin sayı 26,6 dəfə artaraq 1 252 ədəddən 33 245 ədədə yüksəlib. “Hundai” modelləri isə Azərbaycanda 2001-ci ildən etibarən istifadə olunub. Əgər 2001-ci ildə Azərbaycanda 1 795 ədəd “Hundai” modeli var idisə, 2018-ci ildə bu rəqəm 38 dəfə artaraq 68 179 ədəd olub

 Hazırda ehtiyat hissələri ilə bağlı çox ciddi problemlərimiz var. Çünki bu sahədə bazara xeyli yararsız məhsul daxil olub. Devalvasiya səbəbindən təzə ehtiyat hissəsi almağa gücü çatmayan əhali ikinci əl ehtiyat hissəsi almağa, yəni “ölüxanalar”a üz tutdu. Bu zaman təzə ehtiyat hissələrinin satışı ilə məşğul olan şəxslər vəziyyətdən çıxmaq üçün həmin ehtiyat hissələrinin dublikatını gətirməyə başladılar. Bu dublikatlar isə çox zaman xarici ölkələrdə zavodda deyil, hər hansı bir sexdə istehsal olunur. Əhali də ucuz olduğu üçün həmin malları almağa üstünlük verir. Məsələn, “Mercedes”in orijinal əyləc qəlibi (“nakladka”) 100-130, bəzən isə 200 manata olursa, eyni detalın ikinci və ya üçüncü dərəcəli istehsala məxsus olanları 40-60 manata satılır. Müştəri ehtiyat hissəsi almağa gedəndə mağazada ona seçim etmək üçün orijinal, yarım orijinal, nisbətən zay və tam zay olmaqla eyni detalın bir neçə növünü təqdim edirlər. Bunların hər biri də fərqli qiymətə olur. Sürücülərin də hamısı avtomobil mütəxəssisi olmadığından çox zaman satıcının yalan və ya doğru danışdığını, təqdim olunan növlərin hansının həqiqətən orijinal olduğunu bilmirlər. Düşünürəm ki, bu və digər səbəblərə görə ehtiyat hissələri bazarında ciddi bir nəzarət mexanizmi olmalıdır. Səhv qoyulmuş və ya keyfiyyəsiz detala görə qəza hadisəsi baş verəndə avtomobilə, yaxud sürücüyə dəyən ziyanı həmin ehtiyat hissəsini satan mağaza ödəməlidir. Ehtiyat hissələrini satan şəxs başa düşməlidir ki, onun etdiyi kiçik bir yanlışlıq sürücünün həyatını itirməsinə səbəb ola bilər.

 Ehtiyat hissələrinin ucuzluğuna görə ön sırada Rusiya istehsalı olan avtomobillər gəlir. Sonrakı yerləri Almaniya, Yaponiya, Koreya və Fransa avtomobilləri tuturlar. Amerikada istehsal olunan maşınların qiyməti çox baha olur, ehtiyat hissələri və servis xidmətləri də çətinliklə tapılır. Qeyd etdiyimiz sıralama 2-ci əl avtomobillərə aiddir. Son model avtomobillərin isə qiymətləri çox qarışıq və bahadır. Elə avtomobillər var ki, Bakıda onların ehtiyat hissələri yalnız bir mağazada satılır.

 Son dövrlərdə Azərbaycanda avtomobil ehtiyat hissələrinin qiymətində artım var. Keçən il ilə müqayisə aparsaq qiymətlərdə 15-20% yüksəlmə olduğunu görə bilərik. Hətta elə detal var ki, keçən il 100 manata satılırdısa, bu gün onun qiyməti 170-180 manatdır”.

 

 

Yanacaq Səmərəliliyi üçün 7 Əsas Məsləhət

Neçə Növ Avtomobil Yanacağı Mövcuddur?Avtomobillərdə istifadə edilən əsas yanacaq növləri aşağıdakılardır: -Benzin (Petrol)Ən geniş yayılmış yanacaq...

18 noyabr 2024

Ətraflı

Asqı Sistemi (amortizator) Nədir? Problemləri Necə Təyin Edək?

Asqı Sistemi (amortizator) Nədir? Əsas Funksiyaları Nələrdir?Avtomobilin asqı sistemi (amortizator) avtomobilin yolda hərəkət zamanı rahatlığını və tə...

14 noyabr 2024

Ətraflı

Silindr Başlığı-Silindr Başlığı Qapağı Nədir? Və Problemi Necə Təyin Edək?

Mühərrikin silindr başlığı və silindr başlığının qapağı nədir? -Silindr başlığı nədir?Silindr başlığı, mühərrikin əsas komponentlərindən biri olub, si...

12 noyabr 2024

Ətraflı