10 mart 2025

Generator Və Yarana Biləcək Problemləri Necə Təyin Edək?

Avtomobilimizin mühərrikinin növbəti qəhrəmanlarından biri də Generatordur.

Mühərrikdəki generator nədir və funksiyası nədir? Bu kimi müəyyən sullara cavab verməyə çalışdıq. 
Avtomobil mühərrikində generator elektrik enerjisi istehsal edən qurğudur. Generator mühərrikin işləməsi zamanı dönərək mexaniki enerjini elektrik enerjisinə çevirir.

Generatorun əsas funksiyası aşağıdakılardır:
1.Akkumulyatorun doldurulması – Mühərrik işə düşdükdən sonra generator akkumulyatoru enerji ilə təmin edir və beləliklə, o daim dolu qalır və avtomobilin elektrik sisteminə dəstək olur.
2.Elektrik sisteminin gücləndirilməsi – Fənərlər, kondisioner, multimedia sistemi, şüşəsilənlər və digər elektron komponentlər işləyərkən generator onlara enerji verir ki, akkumulyator boşalmasın.
3.Gərginliyin sabit saxlanması– Generatorun tərkibində olan gərginlik tənzimləyicisi sayəsində elektrik sistemi sabit 12 - 14  volt  gərginlik alır və həddindən artıq yüklənmənin qarşısı alınır.
Generatorun nasazlığı avtomobilin elektrik sistemində problemlərə, akkumulyatorun boşalmasına və mühərrikin çətin işə düşməsinə səbəb ola bilər.

Generator mühərrikin harasında yerləşir?
Generator adətən avtomobilin mühərrik bölməsində, mühərrikin ön hissəsində yerləşir. O, mühərrikin dirsəkli valına (və ya digər köməkçi ötürücü sistemə) qoşulmuş kəmər vasitəsilə fırlanır.

Dəqiq yeri avtomobil modelindən asılı olaraq dəyişə bilər, amma ümumiyyətlə:
- Ön ötürməli avtomobillərdə – Generator adətən mühərrikin bir tərəfində, çox vaxt sağ və ya sol yuxarı hissədə yerləşir.
- Arxa ötürməli və uzununa yerləşdirilmiş mühərriklərdə – Generator daha çox yuxarı və ya yan tərəfdə olur.
- Dizel mühərriklərdə – Bəzən generator aşağıda və ya daha çətin görünən yerdə ola bilər.

Onu tanımaq üçün elektrik naqilləri qoşulmuş metal korpuslu və kəmərlə fırlanan silindrik bir qurğuya baxmaq kifayətdir. Generatorun kəmərlə birləşməsi səbəbindən kəmərin qırılması və ya boşalması onun işləməsinə mane ola bilər, bu da avtomobilin elektrik sistemində problemlər yarada bilər.

Generatorda hansı problemlər yarana bilər?
Generatorun işləmə prinsipini və onun hansı nasazlıqlara meyilli olduğunu nəzərə ala bilmək və məlumatlı olmaq vacibdir. Generatorun əsas problemləri aşağıdakılardır:

- Akkumulyatoru doldurmama – Əgər generator kifayət qədər enerji istehsal etmirsə, avtomobilin akkumulyatoru zamanla boşalır. Bunun səbəbləri:
- Generatorun fırçalarının (kömürlərinin) yeyilməsi
- Diod körpüsünün sıradan çıxması (alternatorun düzləndirici diodları elektrik cərəyanını tənzimləyir)
- Gərginlik tənzimləyicisinin nasazlığı
- Həddindən artıq gərginlik vermə (overcharging)– Bu, akkumulyatorun və elektrik sisteminin zədələnməsinə səbəb ola bilər. Adətən gərginlik tənzimləyicisinin sıradan çıxması nəticəsində baş verir. Əgər gərginlik 14.5V-dan yuxarı qalxırsa, sistemə zərər verə bilər.
- Kəmər problemləri – Generator krank vallarına qoşulmuş kəmər vasitəsilə fırlanır. Əgər:
- Kəmər qırılıbsa və ya sürüşürsə, generator fırlanmayacaq.
- Kəmər boşalıbsa, generator tam gücü ilə işləməyəcək və akkumlyatoru doldurmayacaq.
- Daxili podşipniklərin sıradan çıxması – Generatorun içərisində fırlanan hissələrdə podşipniklər yerləşir. Onlar yeyildikdə səs-küy yaradır (vızıltı, cırıltı). Əgər podşipniklər tam sıradan çıxsa, generatorun fırlanması mümkünsüz olur və o, işləməyə bilər.
- Qısaqapanma və naqil problemləri – Generator və onun tənzimləyicisi elektrik sistemi ilə birbaşa bağlıdır. Nasaz naqillər, oksidləşmə və ya qırılmalar generatorun düzgün işləməməsinə səbəb ola bilər.
- Diod körpüsünün sıradan çıxması – Generatorun diodları elektrik cərəyanını tənzimləyir. Onlar sıradan çıxanda akkumlyator boşala bilər və ya generator cərəyanı geriyə ötürə bilər ki, bu da elektrik sistemində ciddi problemlərə səbəb ola bilər.

Genaratorda yaranan problemlər aşağıdakı əlamətlərlə özünü göstərə bilər:

Akkumulyator işarəsinin yanması (generatorun enerji vermədiyini göstərir).
Faraların zəifləməsi və ya titrəməsi (gərginlik sabit deyil).
Mühərrikin çətin işə düşməsi (akkumlyator tam dolmur).
Kəmərdən fit səsi gəlməsi (sürüşmə və ya boşalma problemi).
Vızıltı, cırıltı və ya mexaniki səslər (generatorun podşipnik problemi ola bilər).

Peşəkar yanaşma zamanı:

🔍 Multimetrlə yoxlama aparılır – Normal gərginlik 13.8V - 14.5V arasında olmalıdır.
🔍 Kəmər və podşipnik vizual olaraq yoxlanılır – Lazım gələrsə, kəmər gərilir və ya dəyişdirilir.
🔍 Diod körpüsü və tənzimləyici test edilir – Generatorun enerji ötürməsini düzgün edib-etmədiyi analiz olunur.
🔍 Fırçalar yoxlanılır və lazım gəlsə dəyişdirilir – Əgər kömürlər köhnəlibsə, generator zəif işləyəcək.


Köhnə generatoru yenisi ilə əvəzləyərkən diqqətə alınmalı məqamlar
:
✅ Yeni generator mühərrikin spesifikasiyasına uyğun olmalıdır.

Gərginlik və amperaj – Yeni generatorun gərginliyi (12V və ya 24V) və amperajı (A) köhnə generatorla eyni və ya daha yüksək olmalıdır.
Montaj ölçüləri və kəmər yeri – Yeni generatorun bərkidilmə nöqtələri, kəmər kasnağının ölçüsü və forma faktoru avtomobilə uyğun olmalıdır.
Elektrik qoşulmaları – Bəzi generatorlar fərqli tipdə elektrik konnektorlarına malik ola bilər. Qoşulma fişləri və naqillər uyğun gəlmirsə, əlavə adapter (perexodnik) lazım ola bilər.

Generatorun problemi vaxtında aşkar edilməsə, akkumulyator tam boşalacaq, avtomobilin elektronikası işləməyəcək və mühərrik yolda qala bilər. Ona görə də, generatorla bağlı nasazlıq əlamətləri görünən kimi, diaqnostikaya aparmaq və problemi həll etmək vacibdir.

Avtomobilinizin mühərrikinin fərqli hissələri haqqında digər bloqlarımızda ətraflı məlumatlar ala bilərsiniz.
Oxuduğunuz üçün təşəkkür edirik😊

Tesla Model Y 2020-2025 ci illər

TESLA MODEL Y – haqqında ümumi məlumatSEGMENTTesla Model Y – yüksək performans, qabaqcıl texnologiya və geniş interyeri birləşdirən tam elektriklə işl...

03 aprel 2025

Ətraflı

Karbürator - Funksiyası, Yarana Biləcək Problemlər, Necə qulluq Edək?

Avtomobilin yanacaq sistemində mühüm rol oynayan karbürator, mühərrikin sabit və effektiv işləməsi üçün düzgün seçilməlidir. Səhv karbürator seçimi mü...

23 mart 2025

Ətraflı

Soyutma sistemi - Necə Qulluq Edək? Problemləri Necə Təyin Edək?

Əziz oxucularımız avtomobilimizin mühərrikinin fərqli hissələrini daha da kəşf etməyə davam edirik.Soyutma sistemi haqqında bəzi sualları cavablandırm...

19 mart 2025

Ətraflı